Mançester Yunayted yığmamızın qapısına yol tapan futbolçuya 21 milyon təklif etdi
24 May 2012 Cümə Axşamı 17:11
Sindzi Kaqava karyerasını İngiltərədə davam etdirə bilər.
İngiltərənin “Mançester Yunayted” klubu Dortmundun “Borussiya” klubunun yaponiyalı futbolçusu Sindzi Kaqava üçün 13,6 funt sterlinq (21,4 milyon dollar) təklif edib. ANS PRESS-in Goal.com saytına istinadən verdiyi məlumata görə, “Borussiya” rəhbərliyi ilə münaqişədə olan 23 yaşlı futbolçunun özü İngiltərədə məskunlaşmağın əleyhinə deyil. Sindzi Kaqavanın transfer hüququnu almaq uğrunda İngiltərənin digər nəhəng klubu “Arsenal” da mübarizə aparır.
Xatırladaq ki, Sindzi Kaqava ötən gün baş tutan Yaponiya-Azərbaycan matçında forma geyinmişdi. Futbolçu 2:0 heaabı ilə “Gündoğar ölkə” təmsilçilərinin xeyrinə başa çatan qarşılaşmada yığmamızın qapısına yol tapmışdı.
DOSTLARINLA PAYLAŞ: