“Mançester Yunayted” xal itirdi
29 Dekabr 2010 Çərşənbə 03:00
Aleks Fergüsonun yetirmələri hesabda irəli çıxsalar da, üstünlüyü qoruya bilməyiblər
“Mançester Yunayted” klubu İngiltərə çempionatının 20-ci turunda xal itirib. Komanda “Birmingem”lə heç-heçə oynayıb

Aleks Fergüsonun yetirmələri əldə etdikləri üstünlüyü qoruya bilməyiblər. Hesabı 58-ci dəqiqədə Dimitar Berbatov açıb. Lakin oyunun əsas vaxtının sonuncu dəqiqəsində “Birmingem”in yarımmüdafiəçisi Li Boyer bərabərlik qolunu vurub.

Beləliklə, İngiltərə çempionatında turnir cədvəlinə 38 xalla “Mançester Yunayted” və “Mançester Siti” liderlik edir. Amma “Mançester Yunayted”in ehtiyatda iki oyuna var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar