“Mançester Yunayted” “Vest Hem”i darmadağın etdi
29 Avqust 2010 Bazar 01:15
Ueyn Runi 14 oyunluq qolsuzluq seriyasına penalti ilə son qoydu.
Futbol üzrə İngiltərə çempionatında “Mançester Yunayted” klubu “Vest Hem”i darmadağın edib. Komandanın hücumçusu Ueyn Runi isə rekodr qolsuzluq seriyasına son qoyub.

“Old Trafford”dakı qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Meydan sahibləri 33-cü dəqiqədə hesabda irəli çıxıblar. Hakim Rayan Giggzə qarşı kobudluğa görə “Vest Hem”in qapısına penalti təyin edib. Ueyn Runi yaranmış imkandan məharətlə istifadə edib. Bu, martın 30-dan bu yana 14 oyun ərzində Runinin ilk qolu olub.

İkinci hissədə Luiş Nani və Dimitar Berbatov fərqləniblər. Bu qələbədən sonra “Mançester Yunayted”7 xal toplayıb və turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. “Vest Hem”isə çempionatın başlanğıcında ardıcıl üç məğlubiyyətə uğramış oldu. Maraqlıdır ki, Avraam Qrantın komandası hər üç oyunda üç qol buraxıb. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar