Mançester Yunayted Sneyderi alır
08 İyul 2010 Cümə Axşamı 16:35
Mançester Yunayted təmsilçisi Sneyder üçün "İnter"ə rəsmi təklif ünvanlayıb.
İngiltərənin “Mançester Yunayted” klubu Hollandiya yığma komandası və “İnter”in futbolçusu Uesli Sneyderi heyətinə qatmaq istəyir. “İnter”in prezidenti Massimo Moratti İngiltərə klubunun Sneyderlə maraqlandığını təsdiq edib.

“Mançester təmsilçisi Sneyderi heyətinə qatmaq istəyir. Biz Sneyderin keçidinə mane olmayacağıq”, - deyə Massimo Moratti bildirib.

“Mançester Yunayted”in Sneyder üçün İtaliya klubuna 29 milyon funt sterlinq ödəyəcəyi bildirilir.

Xatırladaq ki, Uesli Sneyder karyerası ərzində Hollandiyanın "Ayaks", İspaniyanın “Real” klublarının formasını geyinib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar