"Mançester Yunayted" rusiyalı futbolçu ilə maraqlanır
15 Oktyabr 2010 Cümə 17:05
Rusiyalı futbolçu İqor Akinfeyev İngiltərə Premyer Liqasında çıxış edə bilər.
İngiltərənin “Mançester Yunayted” klubu Rusiyanın ÇSKA kollektivinin qolkiperi İqor Akinfeyi transfer etmək fikrindədir. İngiltərə klubunun nümayəndələri Avro-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutan Makedoniya – Rusiya oyununda Akinfeyevin oyununu izləyərək ona valeh olub.

Qapıçı Makedoniya – Rusiya oyununda bir penalti zərbəsini dəf edərək komandasına 1:0 hesablı qələbə qazandırıb. 24 yaşlı Akinfeyevin özünün də İngiltərə Premyer Liqasında çıxış etməyin əleyhinə olmadığı bildirilir.

Xatırladaq ki, bir il əvvəl də “Mançester Yunayted” İqor Akinfeyevi heyətinə qatmaq üçün ÇSKA ilə danışıqlar aparırdı. Həmin vaxt iki klub transfer qiymətində razılığa gəlməmişdilər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar