“Mançester Yunayted” rekorda imza ata bilər
02 Avqust 2011 Çərşənbə Axşamı 15:39
Klub “İnter”li Sneyderə görə 40 milyon avro təklif edib
Milanın “İnter” klubu futbolçu Uesli Sneyderi İngiltərənin “Mançester Yunayted” klubuna satmağa razılıq verib. ANS PRESS-in İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, Uesli Sneyderin “Mançester Yunayted”ə keçidi bu həftə ərzində rəsmiləşə bilər.

İngiltərə klubu Sneyderin transferini həll edərsə, o zaman bu transfer “M.Y”nın tarixi ərzində rekord sayılacaq. Belə ki, "Qırmızı şeytanlar” Sneydərə görə qarşı tərəfə 40 milyon avro təklif edib.

Xatırladaq ki, Uesli Sneyder “İnter” klubuna 2009-cu ildə transfer olunub. O, 2009/2010 mövsümündə Milan təmsilçisi ilə UEFA Çempionlar Liqasına sahib çıxmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar