“Mançester Yunayted” məğlub oldu
06 Fevral 2011 Bazar 00:30
“Qırmızı şeytanlar” səfərdə autsayderə uduzdular
Futbol üzrə İngiltərə çempionatına liderlik edən “Mançester Yunayted” klubu səfər qarşılaşmasında “Vulverhempton”a sensasiyalı şəkildə məğlub olub.

25-ci turun Vulverhemptondakı “Molinyu” stadionunda keçirilən qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 3-cü dəqiqədə qonaqların portuqaliyalı yarımmüdafiəçisi Nani açıb. Lakin artıq 10-cu dəqiqədə hesab bərabərləşib. “Canavarlar”ın heyətində müdafiəçi Corc Elokobi fərqlənib. 40-cı dəqiqədə isə “Vulverhempton” Kevin Doyl qələbə qolunu vurub.

“Vulverhempton”ey 24 xalı var və turnir cədvəlinin sonuncu yerindədir. “Mançester Yunayted” isə məğlubiyyətə baxmayaraq, 54 xalla liderliyi davam etdirir. “Qırmızı şeytanlar” ikinci pillədəki “Arsenal”ı 4 xal qabaqlayırlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar