“Mançester Yunayted”in veteranı karyerasını bitirdi
03 Fevral 2011 Cümə Axşamı 00:25
Hari Nevill “qırmızı şeytanlar”ın heyətində 602 oyun keçirib
Uzun illər “Mançester Yunayted”in şərəfini qoruyan tanınmış ingiltərəli futbolçu Hari Nevill futbolçuluq karyerasını başa vurduğunu elan edib. Bu barədə məlumat “qırmızı şeytanlar”ın internet saytında yerləşdirilib.

“Mançester Yunayted”də 1992-ci ildə debüt edən Hari Nevill komandanın heyətində 602 oyun keçirib və 7 dəfə qol vurub. Müdafiəçi komandasının heyətində 8 dəfə İngiltərə çempionu, 2 dəfə isə Avropa Liqasının qalibi olub. 2005-ci ildə Hari Nevill “Mançester Yunayted”in kapitanı olub. Tanınmış futbolçu İngiltərə futbol millisinin heyətində 85 oyun keçirib.

“Mən həyatım boyu “Mançester Yunayted”ə sadiq olmuşam. Əlbəttə, karyeramın başa çatmasına təəssüflənirəm. Amma bizim hamımıh bunu keçməliyik”, - deyə ingiltərəli müdafiəçi bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar