"Mançester Yunayted"də azərbaycanlı futbolçu peyda ola bilər
11 Dekabr 2009 Cümə 17:40
Sərvət Çətin Avropa futbol nəhənginin maraq dairəsindədir
İngiltərə klublarından “Arsenal” və “Tottenhem”dan sonra “Mançester Yunayted” də “Qalatasaray”ın futbolçusu Sərvət Çətini transfer etmək üçün hərəkətə keçib. Mançester təmsilçisinin baş məşqçisi Aleks Ferqyuson əslən azərbaycanlı olan Sərvət Çətini transfer edərək klubun müdafiə xəttindəki çatışmazlığı aradan qaldırmaq istəyir.
Türkiyə mətbuatı Sərvət Çətinin transferini 10 milyon funt sterlinq dəyərində qiymətləndirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: