Mançester Yunayted Burak Yılmaza elçi düşüb
    27 Fevral 2013 Çərşənbə 08:53
    Mançester Yunayted rəhbərliyi türk futbolçu Burak Yılmaza görə 13 milyon avro ödəmək niyyətindədir.
    
                	 
    
         İngiltərənin məşhur "Mançester Yunayted" klubu "Qalatasaray"ın futbolçusu Burak Yılmazı transfer etmək niyyətindədir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İngiltərə klubunun baş məşqçisi Aleks Ferqyuson 27 yaşlı hücumçunun oyununu İstanbulda Mançester təmsilçisi ilə qarşılaşmaları zamanı bəyənib. 
Xəbərdə həmçinin o da bildirilir ki, Ferqyuson oyunçuya görə 13 milyon avro ödəmək niyyətindədir. Əlavə edək ki, Burak Yılmaz Çempionlar Liqasında keçirdiyi 7 oyunda 7 qol vurub.
Xatırladaq ki, futbolçu ötən yay "Trabzonspor”dan "Qalatasaray”a 5 milyon avroya keçib.
DOSTLARINLA PAYLAŞ: