Mançester Yunayted batır
15 Yanvar 2010 Cümə 17:20
Klub borcunu ödəmək üçün stadionu satmaq niyyətindədir
İngiltərənin “Mançester Yunayted” klubu son zamanlar maliyyə böhranı zolağına düşüb. Klub sahibi olan Qleyzer ailəsi ingilis klubunun borclarını ödəmək üçün yollar axtarmaqda davam edir. Bu məqsədlə klub rəhbərliyi “Mançester Yunayted”in "ev" oyunlarını keçirdiyi “Old Trafford” stadionunu da sata bilər.
Xatırladaq ki, “Mançester Yunayted”in borcunun 699 milyon funt sterlinq olduğu bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: