“Mançester Yunayted” 15 yaşlı futbolçunu transfer edir
09 Noyabr 2010 Çərşənbə Axşamı 15:45
İngiltərə klubu Mançester Yunayted Mats Moller Deli ilə maraqlanır.
İngiltərənin “Mançester Yunayted” klubu heyətinə 15 yaşlı norveçli futbolçunu cəlb edə bilər. Norveç mətbuatının yaydığı məlumata görə, “Stabek” klubunun futbolçusu Mats Moller Delinin oyunu “MançesterYunayted”in akademiyası tərəfindən bəyənilib.

“Satebek” klubunun baş məşqçisi Pal Berq 15 yaşlı yeniyetmə futbolçu haqqında “fenomenal istedada malik futbolçu”, - deyə fikir yürüdüb.

Xatırladaq ki, “Mançester Yunayted” klubunun akademiyasına klubun sabiq norveçli futbolçusu Ole-Qunnar Sulşer rəhbərlik edir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar