Mançester Siti yeni məşqçi ilə qələbə qazandı
29 Dekabr 2009 Çərşənbə Axşamı 03:35
Mançester Siti yeni məşqçi ilə qələbə qazandı. “Şəhərlilər” səfərdə “Vulverhempton”un qapısında üç cavabsız top keçirib.
İngiltərə çempionatının 20-ci turunda “Mançester Siti” səfərdə “Vulverhempton” üzərində qələbə qazanıb. Oyun Roberto Mançinin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada “Mançester Siti”nin argentinalı legioneri Karlos Teves 33-cü və 86-cı dəqiqələrdə fərqlənməklə dubla imza atıb. Daha bir qolu isə Hayer Qarrido 69-cu dəqiqədə vurub.

Bu qələbədən sonra “Mançester Siti”nin 35 xalı var. Komanda turnir cədvəlinin beşinci pilləsini tutan “Aston Villa” ilə eyni xal toplayıb. “Vulverhempton”un isə xalı dəyişməz qalıb və hazırda 19 xalla turnir cədvəlinin 15-ci pilləsindədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar