“Mançester Siti”nin müdafiəsi yarım illiyə futboldan uzaqlaşdırıldı
27 May 2011 Cümə 02:07
Fildişi Sahilindən olan futbolçunun dopinqdən istifadə etdiyi təsdiqlənib
İngiltərənin “Mançester Siti” futbol klubunun müdafiəçisi Kolo Ture altı ay müddətinə diskvalifikasiya edilib. Məlumatı “şəhərlilər”in rəsmi saytı yayıb.

Kolo Turedən fevralda götürülmüş dopinq nümunəsi müsbət nəticə verib. Futbolçu bu il martın 2-dən oyunlardan kənarlaşdırılıb. 30 yaşlı legionerin diskvalifikasiya barədə qərar İngiltərə Futbol Assosiasiyasının İntizam Komitəsinin ötən axşam keçirilən iclasında qəbul edilib.

Kolo Ture “Mançester Siti”nin heyətində yalnız sentyabrın 2-dən sonra meydana çıxa biləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar