“Mançester Siti”nin futbolçusu Kolo Ture oyunlardan kənarlaşdırıldı
04 Mart 2011 Cümə 02:16
“Mançester Siti”nin futbolçusu Kolo Ture də dopinq aşkarlanıb.
İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Kolo Ture dopinq testinin müsbət nəticə verməsi ilə əlaqədar komandanın oyunlarından kənarlaşdırılıb. Bu barədə məlumat klubun internetr saytında yerləşdirilib. “İngiltərə Futbol Federasiyası “Mançster Siti”nin rəşbərliyiniməlumatlandırıb ki, Kolo Turedən götürülən A nümunəsi müəyyən maddə ilə bağlı müsbət nəticə verib”, - deyə məlumatda bildirilir. Lakin qadağan edilmiş preparatın adı açıqlanmır. Bütün təfsilatlar araşdırılanadək Fil dişi sahillərindən olan müdafiəçi oyunlardan kənarlaşdırılıb.
29 yaşlı Kolo Ture bu mövsüm “şəhərlilər”in heyətində 22 oyun keçirib və bir qol vurub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: