“Mançester Siti” böyükhesablı qələbə qazandı
12 Yanvar 2010 Çərşənbə Axşamı 13:10
Klub “Blekbörn”ü 4:1 hesabı ilə məğlub edib
Dünən futbol üzrə İngiltərə çempionatının 21-ci turuna yekun vurulub. Son matçda “Mançester Siti” “Blekbörn” klubu ilə qarşılaşıb.
Roberto Mançinin yetirmələri oyunda 4:1 hesabı ilə qalib gəliblər. “Mançester Siti”nin heyətində 3 dəfə Karlos Tevez fərqlənib. Digər qola isə Mika Riçards imza atıb.
Bu qələbədən sonra Mançester təmsilçisi aktivindəki xalların sayını 38-ə çatdıraraq 4-cü yerə yüksəlib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar