Mançester Siti başçısız qaldı
14 May 2013 Çərşənbə Axşamı 05:17
Roberto Mançini Mançester Siti klubunun baş məşqçisi vəzifəsindən azad edilib.
Roberto Mançini İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi postundan azad edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin köməkçisi Brayan Kidd bundan sonra onun vəzifəsini icra edəcək.

“Bütün səylərə baxmayaraq, klub bu mövsüm üçün qarşısına qoyulan tələbləri yerinə yetirə bilməyəcək. Bircə Çempionlar Liqasına vəsiqə qazanmaqdan savayı. Bunun üçün kluba yeni baş məşqçinin tapılması ilə bağlı də qərar gəbul edilib”, deyə klubdan bildiriblər.

Xatırladaq ki, Roberto Mançini ilə birgə ingilis klubu 2011-2012 mövsümündə İngiltərə çempionu, 2010-2011-ci ildə İngiltərə kubokunu və 2012-ci ildə İngiltərə Super Kubokunu qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar