Maltada ölkəmizi 29 atlet təmsil edəcək
16 İyun 2010 Çərşənbə 23:40
Maltada ölkəmizi 29 atlet təmsil edəcək. Yığmamızın lideri zədəli olduğundan AÇ-də iştirak etməyəcək.
İyunun 19-da Maltada atletika üzrə komandalar arasında Avropa çempionatı start götürəcək. Azərbaycan yığma komandası yarışın keçiriləcəyi ölkəyə sabah səfər edəcək.

Atletika üzrə komandalar arasında Avropa çempionatında ölkəmiz 29 nəfərlik heyətlə təmsil olunacaq. Bunlardan 20-si kişi, 9-u isə xanım atletlərdir. Müxtəlif məsafələrə qaçışda Ruslan Abbasov, İbrahim Əhmədov, Pavel Setin, Valentin Vulıçev, Namiq Əsədov, rahib Məmmədov, Əsəf Mehtiyev, Hakim ibrahimov, Hayle İbrahimov, Arif Abbasov, Tilahun Əliyev, Alyona Setina, Mahirə İsmayılova, Lidiya Buqlak, Layer Abdullayeva və Yezaşin Səfərova ölkəmizin idman şərəfini qoruyacaq.

Nüvəitələmə, nizəatma və diskatma kimi növlərdə Dimitriy Marşın, Vuqar Mehtiyev, Hüseyn Əlizadə, Tofiq Məmmədov, Elçin Qasımov, Lalə Ələsgərova və Ekaterina Sokolovaya etimad göstərilib.

Teymur Abbasov, Azər Əhmədov, Həbit Həsənov, Ceyhun Hüseynov, Ayşə İsmayılova və Leyla Paşayeva isə hündürlüyə, uzunluğa və üç təkanla tullanma növlərində mübarizə aparacaqlar.

Bu idmançılar arasında yığmamızın lideri, Ramil Quliyev yer almayacaq. Buna səbəb atletimizin zədəli olmasıdır. Qeyd edək ki, qitə miqyaslı yarışda millimizlə yanaşı daha 12 ölkə mübarizə aparacaq. Avropa çempionatına iyunun 20-də yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar