Malaqa və daha beş klub avrokuboklardan qovuldu
21 Dekabr 2012 Cümə 23:04
Kollektivlər UEFA-nın maliyyə siyasətini pozmaqda günahlandırılırlar.
Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın maliyyə məsələləri üzrə Arbitraj qurumunun növbəti toplantısı keçirilib. ANS PRESS-in məlumatına görə, toplantıda UEFA-nın maliyyə siyasətini pozduğuna görə, İspaniyanın "Malaqa" klubu növbəti 4 mövsümdə UEFA bayrağı altında vəsiqə qazanacağı turnirlərdən birindən kənarlaşdırılacaq.

Klub həmçinin 300 min avro məbləğində cərimə edilib. "Malaqa" 2013-cü ilin martın 31-dək UEFA Arbitraj Platasının maliyyə qaydalarını pozmadığını sübut etməlidir. Xorvatiyanın "Hayduk " klubu da UEFA-nın qəzəbinə düçar olanlar arasndadır. Bu klub da həmin müddətədək özünü sübut etməsə, yaxın üç mövsümün birində UEFA-nın bayrağı altında turnirlərdən birindən uzaqlaşdırılacaq.

"Hayduk" 80 min avro civarında cərimə də edilib. Eyni vəziyyətə düşən klublar arasında Xorvatiyanın "Osiek", Rumıniyanın "Rapid" və "Dinamo" həmçinin Serbiyanın "Partizan" klubları da var. Sonuncular 100 min məbləğində cərimə ediliblər. Serbiyanın "Voyvodina" və Kiyevin "Arsenal" klubları da cərimə olunanlar sırasındadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar