Malaqa əldən getdi
30 May 2010 Bazar 21:15
İspaniya klubu Malaqa Qətər şeyxinə qismət olub.
Böyük miqdarda borcu olduğu üçün satışa çıxarılan İspaniyanın "Malaqa" klubunun yeni sahibi müəyyənləşib. İspaniya çempionatının aşağı dəstəsində çıxış edən klubu Qətərli Şeyx Abdullah Bin Nasir Əl Tan alıb. Şeyxə yaxın bir şəxs AFP-ə verdiyi açıqlamada "Şeyx Abdullah Bin Nasir Əl Tani "Malaqa"nı satın almaq üçün tam ödəməni edib", - deyə bildirib.
Lakin Qətər şeyxinin İspaniya klubuna nə qədər pul xərclədiyi açıqlanmayıb. Məlumata görə, iyunun 15-də İspaniyada keçiriləcək mətbuat konfransında Əl Taninin "Malaqa" üçün nə qədər pul xərclədiyi rəsmən açıqlanacaq.
Qeyd edək ki, futbol azarkeşi olan Əl Tani Qətər çempionatında çıxış edən "El Rayan" klubunun da sabihidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: