Maksim Medvedev millinin düşərgəsinə döndü
01 Mart 2010 Bazar Ertəsi 23:35
"Qarabağ"ın oyunçusu Maksim Medvedev Lüksemburqla oyunun hazırlıqlarına başlayıb
Milli komandanın baş məşqçisi Berti Foqtsun razılığına əsasən şəxsi işləri ilə əlaqədar olaraq müvəqqəti vətənə dönən Maksim Medvedev artıq millinin düşərgəsinə qayıdıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib ki, o, bu gündən başlayaraq Lüksemburq yığması ilə yoldaşlıq oyununa hazırlıqla əlaqədar millinin heyətində məşqlərini davam etdirəcək.

Qeyd edək ki, Foqts İordaniya ilə oyundan sonra Maksimə vətənə gəlməyə icazə vermişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar