Makkabi – Xəzər Lənkəran matçı canlı yayımlanacaq
12 İyul 2011 Çərşənbə Axşamı 14:34
Makkabi – Xəzər Lənkəran matçı canlı yayımlanacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da nümayiş etdiriləcək.
Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq “Xəzər Lənkəran” klubu İsraildə “Makkabi” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. ANS PRESS-in məlumatına görə, iyulun 14-də Bakı vaxtı ilə saat 22:30-da start götürəcək “Makkabi” – “Xəzər Lənkəran” qarşılaşması ANS TV ilə canlı yayımlanacaq. Bu matçın revanşı isə bir həftə sonra Lənkəranda baş tutacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” ötən mövsüm Azərbaycan kubokunu qazanmaqla Avropa Liqasında təsnifat mərhələsində mübarizə aparmaqdan azad olmuşdu. Cənub təmsilçisi birbaşa II mərhələdəın mübarizəyə qoşulur. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar