Makedoniya millisinin qapıçısı Edin Nuredinoski Bakı klubunda
09 İyul 2012 Bazar Ertəsi 21:42
Bakı klubu Edin Nuredinoski ilə danışıqlara başlayıb.
Qapıçı axtarışlarını davam etdirən “Bakı” futbol klubu daha bir qapıçını ölkəmizə dəvət edib. “Bakı” bu dəfə Makedoniya yığmasının şərəfini qoruyan Edin Nuredinoski ilə danışıqlara başlayıb.

Makedoniyalı qolkiper artıq tibbi müayinədən keçib və müqavilənin şərtlərini qəbul edib. Onunla birillik müqavilə imzalanacaq. Lakin “Bakı” E.Nuredinoski xidmətindən Avropa Liqası yarışlarının ilkin təsnifat mərhələsinin “Mura” ilə cavab matçında istifadə edə bilməyəcək.

Qeyd edək ki, Edin Nuredinoski hazırda Makedoniya yığmasının əsas qapıçısı hesab olunur. O, 2009-cu ildən çağırıldığı yığmada 14 dəfə forma geyinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar