Makedoniya millisinin baş məşqçisi qovuldu
19 İyun 2011 Bazar 05:18
Yeni çalışdırıcı yaxın 15 gün ərzində məlum olacaq.
Euro-2012-nin seçmə mərhəsində B qrupunda mübarizə aparan futbol üzrə Makedoniya millisi başsız qalıb. Ölkənin futbol federasiyasının məlumatına görə, baş məşqçi Mirsad Yonuz postundan uzaqlaşdırılıb.
Bu barədə qərar federasiyanın İcraiyyə Komitəsinin toplantısında yekdilliklə qəbul edilib. Mirsad Yonuz milli komandanın qeyri-qənaətbəxş çıxışı ilə əlaqədar baş məşqçilikdən uzaqlaşdırılıb. Makedoniya millisi seçmə mərhələdə altı oyundan dörod xal toplayıb və beşinci pillədədir. Mirsad Yonuz Makedoniya yığmasına 2009-cu ilin mayından rəhbərlik edirdi.
Makedoniya millisinin yeni baş məşqçisinin adı yaxın 15 gün ərzində bəlli olacaq. Yeni çalışdırıcı debütünü sentyabrın 2-də Rusiya millisinə qarşı oyunla edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: