Maikonun 48 saat vaxtı var
22 İyun 2010 Çərşənbə Axşamı 17:15
Maikonun 48 saat vaxtı var. Futbolçu iki gündən sonra "Real"ın futbolçusu olacaq.
"La Gazzetta dello Sport” qəzeti “İnter”in futbolçusu Maikonun iki gün ərzində “Real”a (Madrid) keçəcəyini iddia edib. “Real”a yeni təyin olunan portuqaliyalı baş məşqçi Joze Mourinyonun futbolçunu nəyin bahasına olursa olsun sərəncamında görmək istədiyi bildirilir.

İtaliya mətbuatında yayılan məlumatda baş məşqçinin təkidi ilə “Real” prezidenti Florentino Peresin “İnter”in rəhbəri Massimo Moratti ilə görüşdüyünü və razılığa gəldiklərini bildirilir. Maikonun “Real” 28 milyon avroya başa gəldiyi yayılan xəbərlər arasındadır.

Xatırladaq ki, Duqlas Maikon “İnter”ə Fransanın “Monako” klubundan transfer olunmuşdu. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar