Mahmud Qurbanov qəzet redaksiyasına hücum edib
22 Avqust 2010 Bazar 15:40
"Bakı"nın yarımmüdafiəçisi Mahmud Qurbanov "KomandA" qəzetinin əməkdaşlarını döyməyə çalışıb.
Futbolçu Mahmud Qurbanov "KomandA" qəzetinin redaksiyasına hücum edib. Hadisə bir qədər əvvəl baş verib. Qəzetdən Fanat.az-a verilən məlumata görə, "Bakı"nın yarımmüdafiəçisi redaksiyadakı komputerlərin bir neçəsini və qab-qacağı sındırıb.

Futbolçu həmçinin qəzetin əməkdaşlarına fiziki təzyiq göstərib, döyməyə çalışıb.

Olayla bağlı artıq polisə məlumat verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar