Mahmud Qurbanov polisə çağırıldı
23 Avqust 2010 Bazar Ertəsi 16:50
20-ci polis bölməsində futbolçu Mahmud Qurbanovun ifadəsi alınıb.
"Komanda" qəzetinə etdiyi hücumdan sonra Mahmud Qurbanov bu gün 20-ci polis bölməsinə çağırılıb. Polis şöbəsindən verilən məlumata görə, Qurbanovun ifadəsi alınıb. Hazırda bu barədə tədqiqat aparıldığından futbolçunun şöbədə hansı ifadəni verdiyi məlum deyil.

Xatırladaq ki, futbolçu Mahmud Qurbanovun "Komanda" qəzetinin redaksiyasına hücum etdiyi bildirilir. Qəzetdən verilən məlumata görə, "Bakı"nın yarımmüdafiəçisi redaksiyadakı kompüterlərin bir neçəsini və qab-qacağı sındırıb.

Futbolçu həmçinin qəzetin əməkdaşlarına fiziki təzyiq göstərib, döyməyə çalışıb. Olayla bağlı polisə məlumat verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar