Mahmud Qurbanov hələ də qırmızının dadına baxmayıb
04 Dekabr 2009 Cümə 20:05
36 yaşlı futbolçu Mahmud Qurbanov karyerası ərzində hakimlər tərəfindən qırmızı kart almayıb
Futbol yaranandan çox-çox sonra kart sistemi tətbiq olunub. Kartlar meydana gələndən sonra futboldakı qayda pozuntuları və özbaşınalıqlar bir qədər azalıb. Lakin sözünü deyib, hakimlə sona qədər mübahisə edənlər də az deyil. Azərbaycanda Kamal Quliyev, Aslan Kərimov, Elnur Allahverdiyev, Hüseyn Məhəmmədov, Abdul Kader Kamara və digərləri sərt mübarizəni və hakimlə mübahisə etməyi xoşlayanlar sırasındadırlar.

Amma bəzi futbolçularımız karyeralarının son illərini yaşamalarına rəğmən, hələ də "qırmızı"nın dadına baxmayıb. Məsələn, 10 qat Azərbaycan çempionu, "Bakı"nın hazırkı, Azərbaycan yığmasının isə sabiq üzvü, 36 yaşlı Mahmud Qurbanov hələ də hakimlər tərəfindən meydançadan qovulmayıb.

Oyun üslubu ilə Mahmuda bənzədilən Rəşad Sadiqovun da qırmızı ilə arası yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar