Mahir Şükürovun transfer dəyəri açıqlandı
11 Yanvar 2010 Bazar Ertəsi 13:55
Mahir Şükürovun transfer dəyəri açıqlandı. Futbolçu 450 min avroya "Anji"yə keçib.
Bakının “İnter” klubunun 27 yaşlı futbolçusu Mahir Şükürov “Anji”nin heyətinə transfer olunub. Futbolçu artıq müqaviləyə imza atmaq üçün Mahaçqalaya yola düşüb. Mahir Şükorovun tibbi müayinədən keçdikdən sonra Dağıstan klubu ilə 2 illik müqavilə imzalayacağı bildirilir.

Mahir Şükürovun transfer dəyərinin 450 min avro olduğu bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar