Mahir Şükürovun sabiq klubu yeni komandasına qalib gəldi
    19 Yanvar 2010 Çərşənbə Axşamı 10:00
    Yoxlama oyununda “Anji” Mahir Şükürovun sabiq klubu “İnter”ə 0:2 hesabı ilə məğlub olub.
    
                	 
    
         Həmyerlimiz Mahr Şükürovun yeni komandası “Anji” klubu Türkiyədə hazırlığını sona çatdırıb. Mahaçqala klubu hazırlığın son qarşılaşmasında Bakının “İnter” komandasına qarşı keçirib. 
Oyun “İnter”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Danildo Assioli və Aleksandr Çertaqanov fərqlənib. 
Mahir Şükürov köhnə komandasına qarşı bu oyunda debüt edib. 46-cı dəqiqədə meydana çıxan Mahir Şükürov matçın sonuna qədər mübarizə aparıb. Bu oyunda “Anji”nin heyətində baxışda olan bosniyalı Markoviç və İvanov bəyənilməyərək geri göndəriliblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: