Mahir Şükürovun klubu Anji heyətini gücləndirir
01 Fevral 2010 Bazar Ertəsi 15:45
“Anji” rəhbərliyi transferlərə böyük məbləğdə pul ayırıb
Həmyerlimiz Mahir Şükürovun şərəfini qoruduğu “Anji” futbol klubu heyətini gücləndirməkdə davam edir.
Mahaçqala təmsilçisi bu dəfə Bolqarıstanın “ÇSKA” klubunun 3 futbolçusu ilə maraqlanır. Bunlar Todor Timanov, Nikolay Mançev və Apostol Popovdur. Dağıstan klubunun prezidenti Məhəmməd-Sultan Məhəmmədov bu futbolçuların transferi üçün böyük məbləğdə pul ayırıb.
Xatırladaq “Anji” bir neçə gün əvvəl Çexiyanın “Sparta” klubunun futbolçusu Yan Qoladanı da heyətinə qatmışdı. Mahaçqala təmsilçisi çexiyalı futbolçu ilə 2012-ci ilin sonunadək müqavilə imzalayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar