Mahir Şükürovun dopinqdən istifadə etdiyi təsdiqlənib
18 Noyabr 2011 Cümə 18:30
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun dopinq istifadə etdiyi təsdiqlənib.


Bu haqda apasport.az saytına 29 yaşlı müdafiəçinin formasını geyindiyi “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov məlumat verib.

O bildirib ki, bununla bağlı UEFA klubun ofisinə faks göndərib: “Faksda göstərilib ki, Türkiyə yığması ilə rəsmi oyundan sonra dopinq-test verən Mahirin qanından istifadəsi qadağan olan dərman preparatı aşkarlanıb. Ancaq bu, ilkin nəticədir və UEFA araşdırmanı davam etdirir. Şükürov bu müddətdə heç rəsmi oyunda iştirak edə bilməz. Bu isə o deməkdir ki, Mahir “Neftçi” ilə qarşıdakı oyunda meydana çıxmayacaq. Ümumiyyətlə, Şükürov UEFA yekun qərar çıxarana qədər oynaya bilməz”.

Qeyd edək ki, araşdırmalarını yekunlaşdırandan sonra UEFA futbolçumuza uzun müddətli cəza verəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar