Mahir Şükürov toyuq ferması açıb
05 Yanvar 2012 Cümə Axşamı 22:35
Mahir Şükürov: "500-dək toyuğumuz var".
Azərbaycan milli komandasının və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürov toyuq ferması açıb. Məlumata görə, 29 yaşlı yarımmüdafiəçinin biznes obyekti Sumqayıt Stansiyası adlanan yaşayış məntəqəsində fəaliyyət göstərir.
M. Şükürov Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, fermaya hələlik ad vermədiyini söyləyib: “Toyuqları mənə dayım hədiyyə edib. Dayımgil toyuq saxlayır. Belə qərara gəldik ki, ferma açaq. Hazırda 500-dək toyuğumuz var”.
Tanınmış futbolçu bildirib ki, fermanı açmaqda məqsədi toyuq yetişdirmək və satmaqdan ibarətdir. Lakin Şükürov bu işlə özünün yox, etibar etdiyi şəxslərin məşğul olduqlarını əlavə edib.
DOSTLARINLA PAYLAŞ: