Mahir Şükürov Rusiya millisinə xəbərdarlıq etdi
16 Oktyabr 2012 Çərşənbə Axşamı 02:34
Mahir Şükürov: Asan oyun gözləməyin.
Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürov 2014-cü ilin dünya çempionatının seçmə oyunu ərəfəsində Rusiya millisinə xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, Mahir Şükürovun açıqlamasını “Sovetskiy sport” yayıb.

“Məğlub olsaq da, minimal hesabla olacağıq. Amma heç-heçəyə də bel bağlamaq olar. Əgər biz Rusiyadan xal alsaq, küçələrdə necə bayram olacağını təsəvvür edə bilməzsiniz. Mükafatı da heç kim ləğv etməyib. Yaxşı pul vəd ediblər. Biz həm pul, həm də ad qazanmaq istəyirik. Odur ki, asan oyun gözləməyin”.

Xatırladaq ki, Rusiya və Azərbaycan milliləri bu gün qarşılaşacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar