Mahir Şükürov Rusiya klubuna keçir
08 Yanvar 2010 Cümə 17:25
Mahir Şükürov “Anji”nin şərəfini qoruyacaq
Bakının “İnter” klubu və futbol üzrə Azərbaycan yığma komandasının yarımmüdafiəçisi Mahir Şükürovun karyerasını davam etdirəcəyi komanda məlum olub. Bir müddət əvvəl onun Rusiya və Türkiyə klublarından birinə keçəcəyi bildirilirdi.

Futbolçuya yaxın mənbələrdən verilən məlumata görə, Mahir Şükürov artıq Mahaçqalanın “Anji” klubu ilə razılaşma əldə edib. Futbolçu bu günlərdə Rusiyaya yollanacaq və Premyer - liqanın debütantı ilə rəsmi müqaviləyə imza atacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar