Mahir Şükürov “Rostov”la matçda oynayacaqmı?
16 Aprel 2010 Cümə 11:25
“Anji”nin həkimləri sabah yekun qərar verəcəklər.
Həmyerlimiz Mahir Şükürovun şərəfini qoruduğu “Anji” klubu Rusiya çempionatının növbəti turunun oyununa hazırlaşır. Klub artıq 3 gündür ki, VI tur çərçivəsində üz-üzə gələcəyi “Rostov”la oyunun hazırlıqlarını davam etdirir. Klubun rəsmi saytında yer alan məlumata görə, “Anji” zədəli futbolçu Jossamdan başqa tam heyətlə məşq edir.

Ötən tur “Sibir”lə matçda zədələnərək meydanı xərəkdə tərk edən Mahir Şükürovun “Rostov”la matçda oynayacağı hələ ki, dəqiqləşməyib. Klubun həkimləri sabah Mahir Şükürovun oyunda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar verəcəklər.

Xatırladaq ki, futbol üzrə Rusiya çempionatının VI turu çərçivəsində “Anji” – “Rostov” qarşılaşması 19 apreldə oynanılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar