Mahir Şükürov "Qəbələ"yə keçidi rəsmiləşdi
13 Aprel 2011 Çərşənbə 16:42
" Yeni klubuma canla-başla kömək etməyə hazıram"
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun “Qəbələ” klubuna keçidi rəsmiləşib. Futbolçu əyalət təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. Mahir Şükürov “Qəbələ” klubuna transfer olunmağını geriyə atılmış addım hesab etmədiyini də bildirib.
“Baş məşqçi Toni Adams məni sərəncamında görmək istəyirdi. Mən də təklifi müsbət cavablandırdım. “Qəbələ”də futbol üçün hər cür şərait yaradılıb. Buna görə klub rəhbərliyinə sağ ol deyirəm. “Qəbələ” ilə danışığımız dünən yekunlaşdı və 2 illik müqavilə imzalamışam. Yeni klubuma canla-başla kömək etməyə hazıram”, - deyə Mahir Şükürov qeyd edib.
Xatırladaq ki, Mahir Şükürov karyerası ərzində “Karvan”, “İnter”, “Neftçi”, “Xəzər Lənkəran”, “Olimpik” və “Anji” klublarının formasını geyinib.
DOSTLARINLA PAYLAŞ: