Mahir Şükürov “Neftçi”də
15 Mart 2011 Çərşənbə Axşamı 12:40
Futbolçu qarşıdakı oyunlara Bakı təmsilçisinin düşərgəsində hazırlaşacaq
Yığma komandamızın heyətində yeganə legioner olan Mahir Şükürov artıq “Neftçi”nin düşərgəsindədir. ANS PRESS-in “Neftçi” futbol klubuna istinadən verdiyi məlumata görə, AFFA rəhbərliyi və yığmamızın baş məşqçisi Berti Foqts Rusiyanın "Anji" klubunun futbolçusu Mahir Şükürovun "Neftçi"nin düşərgəsində məşq etməsi üçün kluba müraciət edib.

“Neftçi” klubu da öz növbəsində milli komandanın şərəfini qoruyan Mahir Şükürovun qarşıdakı matça daha yaxşı hazırlaşması üçün futbolçuya belə bir şərait yaradıb.

Qeyd edək ki, Berti Foqts Mahir Şükürovun adını Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika millisi ilə səfərdəki rəsmi oyun üçün açıqladığı siyahıya daxil edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar