Mahir Şükürov karyerasını başa vurur
09 Fevral 2010 Çərşənbə Axşamı 15:55
Futbolçu Mahir Şükürov bir daha milli komandanın formasını geyinməyəcək
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov yığma komandada çıxışlarını başa vurmaq qərarına gəlib. 28 yaşlı futbolçu qərarının qəti olduğunu bildirib.

“AFFA rəhbərliyinə, milli komandanın məşqçilər korpusuna, idman ictimaiyyətinə müraciət etmək qərarına gəlmişəm. Yekun qərarımı vermişəm. Milli komandadakı çıxışlarımı başa vururam”-deyə Mahir Şükürov bildirib.

Xatırladaq ki, Mahir Şükürov bu yaxınlarda Mahaçqalanın “Anji” klubuna transfer olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar