Mahir Şükürov ermənilərə qarşı oynadı
23 Fevral 2011 Çərşənbə 10:36
Mahir Şükürov ermənilərə qarşı oynadı. “Anji” Türkmənistan Prezident Kuboku turnirində mübarizə aparır.
Həmyerlimiz Mahir Şükürovun formasını geyindiyi Mahaçqalanın “Anji” klubu Türkmənistanın paytaxtı Aşqabad şəhərində Prezident Kuboku turnirində mabarizə aparır. ANS PRESS-in “Anji” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mahaçqala təmsilçisi turnirdə ikinci qarşılaşmasını Ermənistanın “Qandzasar” klubuna qarşı keçirib.

Azərbaycan yığma komandasının üzvü Mahir Şükürov Ermənistan klubuna qarşı görüşdə 45 dəqiqə oynayıb. Qarşılaşmaya gəldikdə isə “Qandzasar” rəqibini 1:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki,”Anji” Prezident Kuboku uğrunda ilk görüşünü İranın “Aqab Qonbad” klubuna qarşı keçirmişdi. 1:1 hesabı ilə yekunlaşan matçda yığmamızın üzvü Mahir Şükürov 75 dəqiqə meydanda mübarizə aparmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar