Mahir Şükürov Dağıstan prezidenti ilə görüşdü
12 Mart 2010 Cümə 10:25
Mahir Şükürov Dağıstan prezidenti ilə görüşdü. Maqomedsalam Maqomedov “Anji” kollektivini qəbul edib.
Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Maqomedsalam Maqomedov Mahaçqalanın “Anji” klubunun kollektivini qəbul edib. Klubun rəsmi saytında yer alan məlumata görə, Respublikanın prezidenti klubun futbolçularını Premyer Liqaya vəsiqə qazanmaları münasibəti ilə təbrik edib.
Bundan sonra klubun baş məşqçisi Omari Tetradze Dağıstanın prezidentinə “Anji”yə yeni cəlb olunan futbolçuları təqdim edib. Həmyerlimiz Mahir Şükürov da Maqomedsalam Maqomedova təqdim olunan futbolçular sırasında olub.
Sonda Dağıstan Muxtar Respublikasının prezidenti komandaya Rusiyada bu gün start götürəcək futbol üzrə növbəti çempionatda uğurlar arzulayaraq kollektivdən ayrılıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar