Mahir Şükürov Çeçenistana gedir
26 Fevral 2011 Şənbə 16:11
Futbolçumuz Mahir Şükürov şərəfini qoruduğu “Anji” kubok oyununu Qroznıda keçirəcək.
Mahaçqalanın “Anji” klubunun Rusiya Kukokunun 1/8 final mərhələsində keçirəcəyi qarşılaşmanın məkanı məlum olub.

ANS PRESS-in “Anji”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, klub Sankt-Peterburqun “Zenit” klubu ilə görüş Qroznı şəhərində keçirəcək. Həmyerlimiz Mahir Şükürovun da formasını geyindiyi “Anji” Rusiya Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Zenit”lə matça martın 1-də çıxacaq.

Xatırladaq ki, “Anji” “Zenit”lə oyunu Dağıstanın Manaçqala şəhərindəki “Dinamo” stadionunda keçirməli idi. Ancaq stadionun ot örtüyü bərbad vəziyyətdə olduğundan matç Qroznı şəhərindəki stadionda keçiriləcək.  ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar