Mahir Şükürov Berti Foqtsa söz verdi
12 Fevral 2010 Cümə 13:30
Mahir Şükürov yığma komandada çıxışını davam etdirəcək
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürov arasında görüş keçirilib. Görüşdə Mahir Şükürovun milli komandada çıxış etməkdən imtinası ilə bağlı son günlər yayılan məlumatlar müzakirə edilib.

AFFA-dan verilən məlumata görə, bundan başqa baş məşqçi ilə futbolçunun hazırkı klubundakı vəziyyət, hazırlıq səviyyəsi və digər məsələlər də müzakirə edilib.

Berti Foqts Mahir Şükürova bəzi məsləhətlər də verib. Sonda Mahir Şükürov Berti Foqtsa dəvət olunacağı təqdirdə, millinin rəsmi və beynəlxalq yoldaşlıq oyunlarında çıxış edəcəyinə söz verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar