Mahir Şükürov Avstriya yığması ilə oyunda millimizə kömək edə bilməyəcək
07 Sentyabr 2011 Çərşənbə 03:47
O, Qazaxıstan millisi qarşılaşmada ikinci sarı vərəqə alaraq cəzalı duruma düşüb
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan millisi ilə qarşılaşmada yığmamızın sarı vərəqə alan yeganə oyunçusu Mahir Şükürov olub. O, oyunun 88-ci dəqiqəsində vaxtı uzatdığı üçün vərəqə görüb. Bu, hazırkı seçmə mərhələdə Mahirin sayca ikinci sarı vərəqəsidir. Beləliklə, futbolçumuz oktyabrın 7-də Avstriya yığması ilə oyunda millimizə kömək edə bilməyəcək.
Ümumilikdə millimizin 9 oyunçusunun sarı vərəqəsi var. Onlardan hər hansı biri Avstriya millisi ilə qarşılaşmada ikinci sarı vərəqəni görsə, oktyabrın 11-də Türkiyə yığması ilə oyunu buraxmalı olacaq.
DOSTLARINLA PAYLAŞ: