Mahir Şükürov “Anji”nin əsas heyətindən kənarlaşdırıldı
02 Mart 2011 Çərşənbə 12:41
Futbolçumuz Mahir Şükürov “Zenit”lə kubok oyununda meydana çıxmayıb.
Yığma komandamızın üzvü Mahir Şükürov çıxış etdiyi “Anji” klubunun əsas heyətində yerini itirib. ANS PRESS-in “Anji” futbol klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçumuz Rusiya Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan “Anji” – “Zenit” matçında meydana çıxmayıb.

“Anji” klubunun baş məşqçisi Hacı Hacıyevi ehtiyat heyətə belə salmayıb. Mahir Şükürovun forma geyinmədiyi matçda “Anji” rəqibini 2:3 hesabı ilə uduzub.

Xatırladaq ki, “Anji” klubunda Mahir Şükürovla yanaşı daha 2 azərbaycanlı ölkəmizi təmsil edir. Bunlardan Vaqif Sadıqov Hacı Hacıyevin köməkçisi, Emin Ağayev isə seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərir. ANSPRESS





DOSTLARINLA PAYLAŞ:

oyunlar