Mahir Şükürov "Anji"dən ayrılıb
28 Fevral 2010 Bazar 20:10
Futbolçu Mahir Şükürov Lüksemburqa yollanıb
Milli komandamızın futbolçusu Mahir Şükürov çıxış etdiyi Rusiyanın "Anji" klubundan bu gün ayrılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib ki, Şükürov millinin düşərgəsinə qatılmaq üçün Lüksemburqa gedib.

Qeyd edək ki, millimiz martın 3-də yerli vaxtla 20.00-da (Bakı vaxtı ilə 23.00-da) Lüksemburq yığmasının qonağı olacaq. M.Şükürov da bu oyunun iştirakçılarından olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar