Mahir Şükürov “Anji”dən ayrıldı
07 Fevral 2011 Bazar Ertəsi 13:05
Futbolçumuz yığmamızın düşərgəsinə qoşulub
Rusiyanın “Anji” klubunda çıxış edən Mahir Şükürov klubun düşərgəsindən ayrılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçumuz Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətinə qoşulub.

Mahir Şükürov son olaraq “Anji”nin heyətində Macarıstanın “Qyori ETO” klubuna qarşı yoldaşlıq görüşündə iştirak edib. Mahir Şükürovun 45 dəqiqə forma geyindiyi oyunda “Anji” rəqibini 1:0 hesabı ilə məğlub edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar