Lüksemburq - Azərbaycan maçı heç heçə bitdi
    23 Mart 2013 Şənbə 01:17
    Lüksemburq - Azərbaycan oyununda qapılara qol vurulmayıb.
    
                	 
    
         Futbol üzrə yığma komandamız 2014-cü il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. ANS PRESS-in məlumatına görə, yığmamız səfərdə Lüksemburq kollektivi ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb-0:0. 
Millimiz bu heç-heçədən onra aktivində olan xalların sayını 3-ə çatdırıb. Millimiz F qrupunda Lüksemburq yığmasını bir xal qabaqlayaraq sondan ikinci yeri tutur. 
Rusiya yığması 4 oyundan maksimum nəticə ilə qrup lideridir.
DOSTLARINLA PAYLAŞ: