Luizin transferi üçün nəhənglərin savaşı başladı
18 May 2010 Çərşənbə Axşamı 16:50
"Mançester Siti" "Benfika" ilə danışıqlara başlayıb.
Portuqaliyanın “Benfika” klubunun braziliyalı futbolçusu David Luizi transfer etmək üçün Avropa klubları mübarizəyə başlayıb. 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün ilk növbədə “Mançester Siti” klubu “Benfika” ilə danışıqlara başlayıb.

Braziliyalı müdafiəçini İngiltərənin “Çelsi”, “Mançester Yunayted” və İspaniyanın “Real” (Madrid) klubları da transfer etməkdə maraqlıdır. Oyununu xüsusilə baş məşqçi Roberto Mançininin bəyəndiyi Luiz üçün “Mançester Siti” 30 milyon avrosundan keçməyə hazırdır.

Xatırladaq ki, David Luiz “Benfika” klubuna 2007-ci ildə “Vittorio” klubundan keçmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar