Luiş Fiqu “Real”ın təklifini rədd etdi
05 Fevral 2011 Şənbə 15:15
Sabiq futbolçu Mourinyonun köməkçisi vəzifəsində çalışmayacaq
İspaniyanın “Real” klubunun sabiq futbolçusu Luiş Fiqu Joze Mourinyonon köməkçisi olmaq təklifini rədd edib. ANS PRESS-in “Sports.ru”ya istinadən verdiyi məlumata görə, Mourinyo “Real”la müqavilə imzalayarkən onun köməkçisi postunu Luiş Fiqunun tutacağını şərt kimi qoyub. Ancaq Luiş Fiqu “Real”ın prezidenti Florentino Perezlə problemlərinin olduğunu əsas gətirərək bu təklifi qəbul etməyib.

Xatırladaq ki, Luiş Fiqu karyerası ərzində “Barselona”, “Real” və “İnter kimi klubların formasını geyinib. O, “Real”dan “İnter”ə transfer olunarkən ispan azarkeşlərlə vidalaşmamışdı. “Real”ın prezidenti Florentino Perez isə futbolçunun bu hərəkətini mədəniyyətsizlik adlandıraraq onu tənqid etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar